İrəvanın mərkəzində keçirilən mitinqdə 10 minlərlə insan iştirak edir.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Mitinq iştirakçları Serj Sarkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər.
Məlumata görə, muxalifət liderləri mitinqdə iştirak etmirlər.
Qeyd edək ki, aprelin 22-də deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıblar.