Ermənistan Prokurorluğu eks-prezident Serj Sarkisyanın dövlət vəsaiti hesabına məşhur Baden-Baden kurortuna getdiyini sübut edə bilməyib.
Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, təqdim olunan materiallarda cinayət tərkibi aşkar olunmadığı üçün işə xitam verilib.
Bu cinayət işi Sarkisyanın 2008-2017-ci illərdə prezident olduğu zaman hər ilk Baden-Badenə getməsi ilə bağlı hələ 2021-ci ilin oktyabrında başlayıb.
Bundan əvvəl deputat Xaçatur Sukiasyan eks-prezidentin orada 100 milyon dollar uduzduğunu iddia etmişdi