Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sarkisyanın etiraf etdiyi ACI REALLIQ: “Ermənistanda əhalinin sabaha ümidi qalmayıb” – Yusif Bağırzadə

Reklam: Sinerji Pro

“Müharibə təcavüzkar dövlətin həm siyasi, həm də iqtisadi cəhətdən böyük zərərə uğraması ilə nəticələnib”.

Bu sözləri Ermənistan prezidenti Armen Sarkisyanın ölkədə müharibədən sonra yaranmış ağır vəziyyətin kritik həddə çatdığına dair etirafını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Ermənistandakı siyasi və iqtisadi böhran getdikcə daha da dərinləşəcək:

“Ermənistanın xarici borcu 8 milyard dollardan çoxdur ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun yaranması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq.

Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi müddətdə onsuz da sosial-iqtisadi problemlər içərisində boğulan işğalçı ölkədə müharibədən sonra vəziyyət daha da ağırlaşıb. Artıq düşmən ölkənin vətəndaşlarının da gələcəyə inamı qalmayıb və xalq yaxşı heç nə gözləmir.

Hesablamalara görə, müharibənin bir günü Ermənistan üçün təxminən 30 milyon dollara başa gəlib. Bunu erməni ekspertləri də etiraf edirlər. Ermənistan müharibədən öncə də iqtisadi baxımdan son dərəcə zəif ölkə idi. Bu qədər itkiləri də nəzərə aldıqda, postmüharibə dövründə işğalçı ölkənin iqtisadiyyatının hansı vəziyyətə düşəcəyini təsəvvür etmək heç də çətin deyil”.

Yusif Bağırzadə bildirib ki, Ermənistanda iqtisadi vəziyyət hər gün pisləşməkdə davam edir. İl ərzində pandemiyanın yaratdığı iqtisadi problemlər və daha sonra İkinci Qarabağ Müharibəsinin sarsıdıcı təsirləri siyasi böhrana da səbəb olub:

“Müharibədən sonra Ermənistanda yaranmış siyasi böhran səmərəli iqtisadi siyasətin aparılmasına mane olur, iqtisadi problemlərin həllinə imkan vermir və iqtisadi subyektlər siyasi böhranın necə bitəcəyini gözləyirlər. 44 günlük müharibə təcavüzkar dövlətin həm siyasi, həm də iqtisadi cəhətdən böyük zərərə uğraması ilə nəticələnib.

Pandemiya dövründə iqtisadi subyektlərin fəaliyyət imkanlarının daralması onların müharibənin yaratdığı iqtisadi problemlərə adekvat və tez rekasiya verməsini əngəlləyir. Zaman keçdikcə, iqtisadi subyektlərin mövcud problemlərə reksiyası özünü tam olaraq göstərəcək və bu proses ölkədən valyuta axınının artması, maliyyə resurslarının çatışmazlığı, xarici borcun çoxalması, xarici valyuta ehtiyatlarının azalması kimi iqtisadi problemlər müşayiət olunacaq”.

Ermənistanda ən yüksək qiymət artımının məhz ərzaq məhsullarında müşahidə edildiyini vurğulayn politoloqun fikrincə, bu, sosial narazılığın artması üçün əsas amildir:

“Ermənistanda ərzaq məhsullarının qiymətinin artımına İkinci Qarabağ Müharibəsinin təsiri də böyükdür. Ona görə ki, Ermənistanda ərzaq sənayesinin inkişafında işğal edilmiş torpaqlardan əldə edilmiş xammalın rolu böyük idi. Ermənistanın bu ərazilərdən məhrum olması isə ərzaq sənayesinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

Ölkənin ərzaq təminatı üçün Azərbaycanın işğal altında olmuş torpaqlarından gen-bol istifadə edən Ermənistan indi bundan məhrum olub. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi nəticəsində Ermənistan taxıl istehsalının 47,3 faizindən məhrum olub. Həmçinin işğal altındakı torpaqların azad edilməsi Ermənistanda digər kənd təsərrüfatı məhsullarının çatışmazlığına da səbəb olmağa başlayıb.

Çünki böyük həcmdə kənd təsərrüfatı məhsulları işğal edilmiş torpaqlardan Ermənistana gətirilirdi. Ermənistanın bu məhsullardan məhrum olması həmin məhsulların xaricdən idxal edilməsinə gətirib çıxarır. Bu isə sözsüz ki, qiymət artımına yol açır və proses gələcəkdə daha da sürətlənəcək”.

Gülşən Şərif

www.yenicag.az

237