!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyanın istefası Paşinyana YARAYACAQ? - "Konstitusiya islahatlarından sonra özü prezident olacaq" - ŞƏRH

!Reklam – Yazi

“Sarkisyanın istefası Paşinyana sərf edir”.

Bunu Ermənistan Prezidenti Armen Sarkisyanın gözlənilməz istefa qərarını dəyərləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, Sarkisyan istefasının əsas səbəbi kimi əlində daxili və xarici siyasətə təsir edəcək imkanlarının olmadığını göstərib, halbuki onun bu açıqlaması gülünc və bir o qədər də absurddur:

“Armen Sarkisyanın vəzifəsindən istefa verməsinin əsas səbəbi birbaşa onun özü ilə bağlıdır. Belə ki, Sarkisyan prezident olanda Ermənistanın Baş naziri Serj Sarkisyan idi. Serj Sarkisyanın Kremlə sadiq olması Armen Sarkisyanı Ermənistan prezidenti olmaqla kifayətləndirirdi. Lakin Nikol Paşinyanın gözlənilmədən, özü də inqilabla hakimiyyətə gəlməsi Armen Sarkisyanın hakimiyyət iştahını daha da artırdı. Daha dəqiq desək, Armen Sarkisyan ilk başda Nikol Paşinyanı özü üçün elə də ciddi rəqib görmürdü.

Onun üçün Serj Sarkisyan daha ciddi fiqur idi. Paşinyan isə inqilabla hakimiyyətə gəlmişdi. O elə hesab edirdi ki, Paşinyanı rahatlıqla hakmiyyətdən uzaqlaşdıra, beləcə prezident səlahiyyətlərini artıraraq hakimiyyəti öz əlinə ala biləcəkdi. Lakin son hadisələrdən sonra Sarkisyan anladı ki, Qərbin əsas fiquru o yox, Paşinyandır. Sarkisyan buna görə də Paşinyanla mənasız mübarizəyə girib həm erməni diasporu ilə münasibtələrini pozmaq, həm də öz nüfuzunu aşağı salmaq istəmir”.

Turan Rzayev vurğulayıb ki, konstitusiya islahatlarına hazırlaşan Paşinyan prezidentin səlahiyyətlərini artırdıqdan sonra özü prezident olmaq istəyir:

“Əslində Sarkisyanın istefası Paşinyana sərf edir. Aydın məsələdir ki, Paşinyanın hakimiyyətini geniş səlahiyyətə malik prezident kimi davam etdirmək planı var. Armen Sarkisyanın istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Prezidenti isə parlament seçəcək. Parlamentdə isə səs çoxluğu Paşinyanın blokuna malikdir. Ehtimal ki, Paşinyan indiki məqamda özünə sadiq bir formal prezidenti başa gətirib Ermənistanda tək güc olacaq. Konstitusiya islahatlarından sonra isə özü prezident olacaq”.

Gülşən Şərif

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv