Sarkisyanın məhkəməsi keçirilir

Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə növbəti məhkəmə iclası keçirilir. 

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məhkəmə prosesi İrəvanın ümumi yurisdiksiya məhkəməsində başlayıb.

Qeyd edək ki, Sarkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham olunur. O, ittihamı qəbul etmir və vəkilləri keçmiş prezidentin siyasi təqib edildiyini iddia edirlər.

COP29