Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edildi

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edilib.

Yenicag.az xəbər verir ki, keçmiş prezidentin qardaşı Levon Sarkisyan və onun övladları 6,8 milyon dollar məbləğində bank depozitini vergi orqanlarından gizlədib.

Onların evində axtarış aparıldığı deyilir. Axtarışlar nəticəsində bank sənədləri müsadirə edilib.

COP29