!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sarkozi məşhur aktrisa ilə evləndi – Gizli toy

!Reklam – Yazi

NEW YORK, NY - MAY 07:  Mary-Kate Olsen attends the "Schiaparelli And Prada: Impossible Conversations" Costume Institute Gala at the Metropolitan Museum of Art on May 7, 2012 in New York City.  (Photo by Dimitrios Kambouris/Getty Images)

Amerikalı aktrisa və Fransanın keçmiş prezidentinin qardaşı ailə qurublar.

29 yaşlı Meri-Keyt Olsen və 46 yaşlı Olivye Sarkozinin toy mərasimi dostların cütlüyün yaxın dostların əhatəsində baş tutub.

Sarkozi və Olsen noyabrın 27-də Nyu-Yorkda keçirilən toya 50 ən yaxın insanı dəvət edib. Mərasim tam məxfi saxlanılıb və qonaqlara mobil telefondan istifadə etmək qadağan edilib. Jurnalistlər isə bu haqda məlumatı yalnız bu gün öyrəniblər.

Bu, Meri-Keyt Olsenin ilk, Olivye Sarkozinin isə ikinci nikahıdır. Sarkozi bundan əvvəl Şarlotta Bernard ilə ailəli olub. Onların 2 övladı var – 14 yaşlı oğlu Jülyen və 12 yaşlı qızları Marqo.

Olsen və Sarkozi təxminən 3 il idi ki, görüşürdülər və onların münasibəti 2012-ci ildən məlum idi. Tanışlıqdan 3 ay sonra isə cütlük birlikdə yaşamağa başlayıb.

Meri-Keyt Olsenin və Olivye Sarkozinin nişanlanması xəbəri keçən ilin yazından məlum idi. Həmin vaxt paparazzilər Olsenin adsız barmağında iri brilliant daşlı nişan üzüyü görmüşdülər. Bəziləri həmin üzüyü təxminən 100 min dollar dəyərində qiymətləndiriblər.

Amerikalı Olsen əkizləri – Meri-Keyt və Eşli uşaq filmlərində çəkilməklə məşhurlaşıblar. Daha sonra onlar modelyer kimi fəaliyyət göstəriblər və 2 brend yaradıblar: “The Row” və “Elizabeth&James”(ans).

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv