Sarkozinin planları alt-üst oldu

img1872560Fransadakı 2017-ci il prezident seçkiləri üçün “xalq adamı” imici yaratmaq istəyən Nikola Sarkozinin Korsika adasındakı lüks tətilinin mediada işıqlandırılması planlarını alt-üst edib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşı ilə tarixi daş evdə bir həftə qalmaq üçün eks-prezident 34 min 200 Avro ödəyib. Yerli media orqanları bu lüks tətillə Sarkozinin yaratmaq istədiyi imicin uyğun olmadığını vurğulayıb.

Qeyd edək ki, fransız siyasətçinin 2012-ci il seçkilərində uduzmasına səbəb kimi dəbdəbəli həyatı göstərilir.