Şarl Mişel İlham Əliyev və Paşinyanla görüşəcək

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə Şuranın press-relizində bildirilib.

Görüşün əyani, yaxud da videokonfrans vasitəsilə baş tutacağı barədə məlumat verilməyib.