Şarm-əl-Şeyxdən uçan sərnişin təyyarəsi qəzaya uğrayıb

kolavia_airbus_Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus-321 sərnişin təyyarəsi Kipr yaxınlığında qəzaya uğrayıb.

Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarə Kipr yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 224 nəfər olub.(Trend.az)