Şarmazanov Paşinyanı TOPA TUTDU – “Get evində qayğanağını bişir”

“Paşinyan, sənin problemin elə bundadır ki, nə dediyini, kimə nə vəd verdiyini və nə imzaladığını xatırlamırsan”.

Yenicag.az xəbər verir ki, bu sözləri erməni müxalif siyasətçi Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.

“Jurnalist sənə dediklərini xatırladır, sən isə cavabında deyirsən ki, belə bir şey dediyimi xatırlamıram. Bu, tam bir dəhşətdir. Sənin uşaq bağçası səviyyəsindəki fırıldaqların dövlətimizi məhvə aparır. Beynəlxalq münasibətlərdə də eyni “xatırlamıram” tezisi ilə hərəkət edirsən, buna görə də fəlakət ardınca fəlakət gəlir”.

Əvvəlcə hakimiyyətini qorumaq üçün Putinə vədlər verdin, ardınca Avropa İttifaqına, daha sonra isə ABŞ-yə və hamısına eyni şeyi deyirsən: “mən belə bir şey deməmişəm”. Onlar isə cavab verirlər: “sən xatırlamaya bilərsən, amma biz çox yaxşı xatırlayırıq”. Ona görə də hamı səndən verdiyin sözləri yerinə yetirməyi tələb edir. Sən isə öz kreslonu qorumaq üçün dayanmadan yeni güzəştlər edirsən. Əgər dediklərini xatırlamırsansa, get evində qayğanağını bişir, Ermənistanın baş naziri kürsüsündə nə işin var?!”

Rafi Müslümov