Sarri: “Kriştiano Ronaldo yaxşı formada deyil!” – VİDEO

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri A Seriyasının XII turunda evdə “Milan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda Kriştiano Ronaldonu əvəzləməsinə aydınlıq gətirib.

Yenciag.az xəbər verir ki, oyundan sonra Sarri açıqlamasında bildirib:

“Biz Ronaldoya təşəkkür edirik ki, çox çətin vəziyyətdə özünü qurban verdi. O. oynamaq üçün hər şeyi etdi, lakin mən gördüm ki, o yaxşı formada deyil və fikirləşdim ki, əvəzləmək daha düzgündür.

Aydındır ki, hər bir oyunçu əvəzlənəndə əsəbi olur, oyunçu meydanda olmaq üçün çox çalışıbsa və əvəzlənirsə, bu əsəb daha çox biruzə verir. Son ayda onun dizində xırda problem var idi, məşqdə zədələnmişdi. O intensiv məşq edib yaxud oynayanda, bu zədə onu disbalansa gətirir və əzələlərinə təsir edir.

Bu onun performansına təsir edir və hal hazırda performansı yüksək deyil. Bütün oyunçular özlərini meydanda yaxşı tərəfdən göstərmək istədikdə və əvəzlənəndə 5 dəqiqədən tez sakitləşmirlər. Bu halda əgər oyunçu üzülməsəydi, bu məşqçini daha çox narahat edərdi.

Mən komandanın ruhunu bəyəndim, lakin biz keyfiyyət baxımından inkişaf etməliyik, çünki çox səhvlər etdik. Belə ki, çox topları rahat itirdik və Milana boş sahələr verdik.

Qazanmaq əzmi bu gün bizə qələbə gətirdi.

Milan çox zərəbələr endirdi, lakin çoxu cərimə meydançasından kənardan endirilirdi. Onlar bu gün sezonda orta səviyyədən daha yüksək oynadılar və çox güclü texnikaya sahibdirlər.

Higuain əvvəlki tək çox qol vurmur, lakin müdafiə olunmağımıza, komanda yoldaşları ilə kombinasiyalar qurmağa köməklik edir və hər zaman assist etməyə hazırdır.”

Sarri ardıcıl ikinci oyunda Ronaldonu əvəzləyib. O, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Rusiyada “Lokomotiv”i 2:1 hesabı ilə məğlub etdikləri görüşün 82-ci dəqiqəsində Ronaldonu meydandan çıxarıb.

Portuqaliyalı forvard hər iki halda əvəzlənməsindən narazı qalıb. O, “Lokomotiv”lə matçda baş məşqçinin əlini sıxmayıb, “Milan”la dueldə isə birbaşa paltardəyişmə otağına gedib.

Qeyd edək ki, Ronaldo sonuncu dəfə 2016-cı ilin mayında ardıcıl 2 oyunda əvəzlənib. O, ötən mövsüm cəmi 2 dəfə yerini komanda yoldaşına verib.