Ermənistanın Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan ölkənin baş naziri Nikol Paşinyandan Azərbaycan prezidenti İlham Əliyevlə etdiyi müzakirələri açıqlamasını tələb edib.
Yenicag.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyana da baş tutan görüşdə müzakirə olunan mövzular Ermənistan müxalifətinin ciddi marağına səbəb olub.
Sarukyanın sözlərinə görə, görüşlə bağlı bəzi “qaranlıq məqamlar” var ki, Ermənistanın xeyrinə olmaya bilər. Müxalifət lideri həmçinin qondarma Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Xidmətinin rəhbəri Vitali Balasanyanın “Qarabağ Ermənistanın tərkib hissəsi deyil” açıqlamasını da qəbul etməyib.
Firuz Asanov