Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sataşdılar deyə bıçaqladı - Bakıda dəhşətli hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenicag.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən N.Ayxanovun vəkili Gülşən Salmanova bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır: “O, cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib. Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Namiqə “nəyə baxırsan” iradını bildirərək onunla mübahisə edib. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirib”.

Məhkəmənin hökmü ilə N.Ayxanov 7 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, 2002-ci il təvəllüdlü N.Ayxanov küçədə mübahisə zəminində tanımadığı Kamil Məmmədovu bıçaqlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, lakin ona qarşı polis nəzarətinə verilmə qətimkan tədbiri verilib.

Loading...

www.yenicag.az

9130
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100