Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Satdığı köhnə mebeldə 180 min avrosunu unutdu

Fransanın Kann şəhərinin sakini satdığı köhnə komodda özünün 180 min avro məbləğində şəxsi əmanətini unudub.

Yenicag.az xəbər verir ki, əmanəti sahibinə qaytarmaqdan imtina etmiş alıcılar oğurluqda təqsirləndirilərək məhkəmə qarşısında cavab verəcəklər.

Ötən istirahət günlərində köçməyə hazırlaşan 60 yaşlı fransız Le Bon Coin saytında köhnə komodunu 100 min avro məbləğində satışa çıxardığı haqda elan yerləşdirib. Bazar günü, iyun ayının 24-də mebeli aparmaq üçün alıcının birlikdə yaşadığı şəxs və yükdaşıyan gəliblər. Onlar pilləkən meydançasında komodun qutularından birini təsadüfən yerə salıblar və qutunun içərisində 180 min avro tapıblar.

Kişilər pulu götürərək, komodu atıb aradan çıxıblar. Bu arada alıcı sövdədən imtina etdiyni elan edib. Komodda əmanəti olduğunu yadına salmış satıcı oğruları yaxalaya bilmədiyindən polisə müraciət etmək məcburiyyətində qalıb.

Fransız hüquq-mühafizə orqanları videomüşahidə kameralarının köməyi ilə hadisənin gedişini bərpa edib alıcının və birlikdə yaşadığı şəxsin evində axtarışlar aparıblar. Axtarışlar nəticəsində polis oğurluq məbləğin yalnız bir qismini – 130 min avro aşkar edib. Cütlük pulun yerdə qalanını xərcləməyə vaxt tapıb.

Dekabr ayının 5-də cütlük oğurluq və oğurluq əmlakın saxlanılması maddələri ilə ittiham olunaraq məhkəmə qarşısında dayanacaq.

Loading...

www.yenicag.az

5352
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100