Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Satıcıların tərəzi oyunu – VİDEO

Bəzi satıcılar bazarda əhalini tərəzilər vasitəsilə aldatmağa davam edirlər. İddilara görə, hazırda bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır. Bundan çıxış yolu kimi alıcıların bir qismi özü ilə cib tərəzisi gəzdirir və aldığı malı yenidən çəkərək, nə qədər aldadıldığının fərqinə vara bilir.

İqtisadçı ekspert Ruslan Atakişiyev ARB TV-yə mövzu ilə əlaqədar bildirib: “Bu satıcının yalnış təfəkkürüdür. Satıcı fikirləşir ki, ondan bundan aldatmaqla, bu varlanacaq. Xalq arasında belə söz var, deyir haramçılıqla irəli getmək mümkün deyil. Haramçılıqla nüfuzunu itirir. Həmin müştəri gələn dəfə ona müraciət etməyəcək, daha da işi azalacaq”.

“Bazarın içində tərəzilər qurulmalıdır ki, alıcı çəkidə aldandığı halda çəkini yoxlatmaq hüququna malikdir”, – ekspert qeyd edib.

Əksər bazarlarda tərəzilər elə qoyulub ki, vətəndaşların ona nəzarət etmək imkanı yoxdur. Satıcıların çoxu hələ də daş tərəzilərdən istifadə edir.

Ekspertlərin sözlərinə görə, hazırda əhalinin qazancının təxminən 20 faizi aldatmalara gedir.

Vəkil Elvin Səlimov da alıcıların hüquqlarının pozulduğunu vurğulayıb: “Bazarda alqı-satqı zamanı tərəzi aldadılması artıq məsuliyət yaradır. İstehlakçının hüququnun pozulmasına gətirib çıxarır. Azərbaycan respublikasının İnzibati xətalar məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər 4000 manatdan 6000 manata qədər inzibati məsuliyətə cəlb oluna bilər”.

Belə hallara rastlaşan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər.

www.yenicag.az

4768
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100