Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Satışda olan ən yaxşı 20 smartfon - SİYAHI

“Business Insider” dərci hazırda satışda olan ən yaxşı 20 smartfonu müəyyən edib.

Yenicag.az-ın məlumatına görə, reytinqə “OnePlus 6T” smartfonu başçılıq edir. İkinci və üçüncü yerləri müvafiq olaraq “Samsung” şirkətinin “Galaxy S10e” smartfonu və “iPhone XR” tutub.

Reytinqin dördüncü yerində “Samsung Galaxy S10 Plus”, beşinci yerində isə “Galaxy S10” qərarlaşıb.

İlk onluğa həmçinin “Google Pixel 3” və “Pixel 3 XL”, “Samsung Galaxy Note 9”, “iPhone XS” və “iPhone XS Max”, “Samsung Galaxy S9 Plus” və “iPhone X” smartfonları daxil edilib.

Siyahıya dərc tərəfindən bundan başqa “iPhone 8 Plus”, “Samsung Galaxy S9”, “Huawei Mate 20 Pro”, “iPhone 8”, “Razer Phone 2”, “LG V40”, “Apple iPhone 7” və “7 Plus”, “Moto G7”, “LG G8” və “BlackBerry Key2” kimi qadjetlər də daxil edilib./Trend/

www.yenicag.az

14604