Satqınlığın anatomiyası: “kor radikallar” yenə dövlətçiliyə qarşı

Son vaxtlar ölkəmizin sosial-iqtisadi inkişafı ilə proporsional olaraq artmağa başlayan müxalifət radikal cinahının aktivləşməsi ağıllarda bir çox suallar yaradır.

Ölkədə islahatların sürətləndirilməsi prosesinə ən yüksək səviyyədə qərar verildiyi bir dövrdə bu radikallaşmanın, hökumətin konstruktiv addımlarının və zamanında aparılan dəyişikliklərinin əleyhinə bu görünməmiş kampaniyanın səbəbinin nə olduğu hazırda bütün cəmiyyətimizi dərindən düşündürür.

Axı bu aktivlik niyə məhz islahatların sürətləndiyi bir dövrdə baş qaldırdı? Hansı qüvvələrin fətvası və maliyyə dəstəyi ilə ölkədə gedən inkişaf prossesləri dayandırılmağa çalışılır? Kimdir bu bədxahlar və onlara, əslində, nə lazımdır? Suallara cavab tapmağa çalışarkən, günümzün reallıqlarını dünyadakı geosiyasi olaylarla tutuşduraraq, oxucularımıza dövlətimizin zəifləməsi üçün xaricdəki düşmənlərimizdən göstər almış şər ocaqlarını göstərməyə çalışacağıq.

Dünyanın dərin iqtisadi böhranla boğuşduğu bir dövrdə, həm də müharibə vəziyyətində, yerləşdiyi coğrafiyanın narahatlığı baxımından da daim təzyiq altında olmasına rəğmən, ölkəmiz son illər qlobal böhrandan zərrə qədər də təsirlənmədi. Bunun təməlində dayanan sağlam iqtisadi model və təmin olunmuş daxili siyasi sabitlik ölkəmizin gələcəyini zəmanət altına alıb. Azərbaycanda daxili sabitliyi pozmaq üçün dəfələrlə edilən cəhdlərin qarşısı böyük qətiyyətlə alındığından, şər ocaqları taktika dəyişmək, qruplaşmaq üçün yenidən qınlarına çəkilmişdilər.

Daxili islahatların sürətləndirilməsi üçün verilən siqnaldan həmən sonra radikal müxalifət hərəkətə keçdi. Əslində, burada bir neçə məqama diqqət yetirməkdə fayda var: birinci məqam: radikallar təqaüd yaşına çatmış yüksək çinli məmurların bəzilərinin sifarişini yerinə yetirə və ya onların “narazılığından” öz məqsədləri üçün istifadə etməyə çalışa bilərlər; ikinci məqam: daxildəki kadr islahatları zamanı “vurulmuş” fiqurların simasında “öz adamlarını” itirmiş dövlətlər və ya iri inhisarçı şirkətlər radikalları ölkə rəhbərliyinə qarşı təzyiq vasitəsi kimi istifadə edə bilərlər; üçüncü məqam: bütün sahələrdə olduğu kimi, Qarabağ məsələsində də öz siyasi və hərbi mövqeyini gücləndirmiş Azərbaycanın diqqətini daxili çəkişmələrə yönəltmək, bununla da rəsmi Bakının təkidi ilə yüksək beynəlxalq tribunalrda kəskin suarətdə qaldılırılmış “ərazi bütövlüyünün bərpasının vacibliyi” məsələsinin arxa plana ötürülməsinə nail olmaq üçün Ermənistan xüsusi xidmət orqanları radikal müxalifətlə əlaqəyə girə bilərlər; dördüncü məqam: bununla radikalların səsləndirdiyi şüarlarda antirus əhval-ruhiyyəsinin önə çəkilməsi və son zamanalar Moskvanın Qarabağ məsələsindəki mövqeyinin Ermənistanın əleyhinə dəyişməsinin qarşısını almağa cəhd edilə bilər; beşinci məqam: Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması fonunda ABŞ-ın Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqda qətnamə qəbul etməsi, bununla paralel olaraq bəzi Qərb dövlətlərinin Bakıdakı səfirliklərinin radikal müxalifətin liderləri ilə əlaqələrinin intensivləşməsi, əslində, zərbənin Türkiyə-Azərbaycan-Rusiya münasibətlərinə yönəldiyini bir daha sübut edir; “Qarabağa azadlıq” şüarını bütün icazəsiz aksiyalar zamanı əlində tutan radikal müxalifət bu məsələdə dövlətimizin əldə etdiyi heç bir nailiyyəti dəstəkləməyib. O cümlədən, radikal müxalifətin ABŞ parlamentində qəbul edilmiş qondarma “erməni soyqırımı” qətnaməsinə səsini çıxarmaması da sübut edir ki, onlar xarici şər yuvalarının Azərbaycan və Türkiyəyə qarşı yönəldilmiş çirkin pyunlarının “peşka”larıdırlar.

Ölkəmiz və bölgəmiz üçün ən mühüm hadisələrin baş verdiyi bir dönəmdə dövlətçiliyimizin düşmənlərinin əlində alətə və maşaya çevrilmiş radikal müxalifət aldadaraq ətrafına topladığı gəncləri özləri də bilmədən böyük uçuruma aparır. Bu “kor radikallığın” ərəb ölkələrini hansı vəziyyətə saldığına diqqət yetirsək, belə şər qüvvələrin əsl niyyətinin nə olduğunu aydın görərik. Bunun üçün ictimaiyyətimizin bütün fərdləri, xüsusilə də aparıcı qüvvəsi olan ziyalı təbəqəsi gələn təhlükənin miqyasından gəncliyimizi xəbərdar etməli, belə yıxıcı və dağıdıcı fəaliyyətlərin dövlətçiliyimizin gələcəyi üçün hansı təhlükələr yaratdığını cəmiyyətimizə başa salmalıdır. Əks təqdirdə, on minlərlə Vətən övladının qanı bahasına əldə etdiyimiz müstəqilliyimiz, suverenliyimiz və dövlətçiliyimizin təməlləri ciddi sarsıntılara məruz qala bilər. Dövlətçiliyin məhvi isə istənilən bir xalqın mənəvi və fiziki mıhvi deməkdir.

Dövlətçiliyi olmayan millətlər isə əbədi istibdad boyunduruğu altında inləməyə məhkumdurlar.

“Yeni Çağ” Analitik Təhlil Qrupu