Savaşın İSİMSİZ QƏHRƏMANLARI – Anaları könüllü döyüşə yollanan Ülkər və Ülviyyə: “Onunla fəxr edirik” – VİDEO

“Azərbaycan öz torpaqlarını düşmənlərdən azad edəcək”.

“Əvvəllər raket səslərindən qorxsaq da, artıq qorxmuruq”

Vətəni sevmək onun uğrunda hər bir fədakarlığa hazır olmaq deməkdir. Bu fədakarlıq isə həm çalışdığın sahədə vicdanla işləmək, həm də yeri gələndə, Vətən uğrunda ölümə getməkdən çəkinməməkdir.

Vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu insanı zirvələrə, səmalara yüksəldir, onda xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi və milli hədəflərin gerçəkləşəcəyinə inam aşılayır.

Hərbçi Azərbaycan qadınlarını da bu çətin peşəyə məhz o ali duyğular yönəldib.

Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar.

Belə qadınlardan biri də kiçik çavuş Gülnarə Gülməmmədovadır. Kiçik çavuş Gülnarə Gülməmmədova Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün başladığı haqq işində Ordumuzun yanında olduğunu öz addımı ilə göstərib.

O, iki azyaşlı qızını “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verərək, cəbhə bölgəsində xidmət etməyə yollanıb.

Gülnarə Gülməmmədovanın bu örnək addımına həsr olunan videomaterialı təqdim edirik:

Gülşən Şərif
Cavid Qaçayev