Bu gün əmin oluruq ki, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib.
Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı addımların atılmasını şərtləndirdiırdi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
Brüsseldə Avropa İttifaqının vasitəçiliyi keçirilən keçirilən sonuncu Azərbaycan Ermənistan görüşü bir daha təsdiq etdi ki, üç il öncə döyüş meydanında sözünü qətiyyətlə deyən Azərbaycan hədəflərinə diplomatik müstəvidə də çatır. Ona görə ki, Azərbaycan dövlət başçısı daim prinsipial mövqe nümayiş etdirib və Vətən müharibəsindən sonra sülh danışıqlarına başlanması, sülh müqaviləsinin bağlanması istiqamətində öz mövqeyini ortaya qoyub. Azərbaycan sülh müqaviləsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün Ermənistan tərəfinə 5 maddəlik təklif təqdim edib və son Brüssel görüşündə masada yalnız bu təkliflər idi. Bu da bir daha onu təsdiqlədi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yürütdüyü siyasi xətt də dövlət başçısının qətiyyəti, siyasi iradəsi sayəsində dəyişməzdir.
Müharibədən sonra keçirilən ikitərəfli, çoxtərəfli görüşlərdə də prinsipial siyasi xətt yürüdülüb və savaş meydanında milli gücü göstərən Müzəffər Ali Baş Komandan diplomatik masada prezident kimi də öz qüdrətini göstərir və milli maraqlarının təmin olunması istiqamətində əldə olunmuş nəticələr Azərbaycanın qələbəsinin tam rəsmiləşməsini yaxınlaşdırır. Son Brüssel görüşündə Şarl Mişelin bəyanatından da göründüyü kimi regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasını Ermənistan qəbul edib.
Sonuncu Brüssel görüşündən sonra verilən bəyanatda Azərbaycanın ərazi bötüvlüyünün tanınmasının, məhz danışıqların ölkəmizin sülh müqaviləsi üzrə təqdim etdiyi 5 maddəlik təkliflər əsasınd aparılmasının qeydi onu göstərir ki, danışıqlar Azərbaycanın maraqları baxımından növbəti diplomatik qələbəmizdir. Azərbaycanın ümumtanınmış ərazisi olan Qarabağın müzakirə mövzusu olmaması ədalətli yanaşma ehtiva etməklə bərabər özlüyündə Bakının mühüm qələbəsidir. Habelə, Brüssel görüşündə ümumiyyətlə ATƏT-in Minsk qrupu institunun adının çəkilməməsi, bununla da həmsədrlər instititutuna, hətta mümkün perspektivdə belə şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı və praktik cavab oldu.
Brüssel prosesi ilə bağlı yekun qənaətimiz bunu deməyə əsas verir ki, proseslər Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Eyni zamanda Avropa İttifaqı və şəxsən Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Bu isə bölgəyə sülhü gətirən ölkənin də Azərbaycan olacağını təsdiqləyir!
Cənubu Qafqazda barışın təminatçısı Azərbaycandır.