Şavkat Mirziyoyev Vahid Ələkbərovu ordenlə təltif etdi

Özbəkstan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 27-ci ildönümü ərəfəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkar Vahid Ələkbərovu “Dostluq” ordeni ilə təltif edib.

Yenicag.az-ın məlumatına görə, V.Ələkbərov Özbəkistanın neft-qaz kompleksinin inkişafında və karbohidrogen resurslarından istifadənin səmərəliliyin artırılmasında töhfəsinə görə təltif edilib.

Müvafiq sənəddə V.Ələkbərovun ölkədə karbohidrogen xammalının emalı və hasil edilməsi zamanı innovasiya texnologiyalarının tətbiqində xidmətləri qeyd olunur./Trend/

COP29