Əlcəzairin Ayn-Sefa şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar.
Yenicag.az xəbər verir ki, dünyanın Afrikanın şimalında yerləşən ikinci ən böyük səhrası olan Saxaraya ardıcıl ikinci il qar yağıb.
Səhraya düşən yağıntının hündürlüyü cəmi 40 sm təşkil edib. Bununla belə, günün sonunadək qar əriməyə başlayıb.
Qışda Əlcəzairin bu şəhərində temperatur 0 dərəcəyə düşür və ötən il yerli sakinlər artıq qar görməyə macal tapıblar. Ondan əvvəl isə bu yerlərə qar sonuncu dəfə 1979-cü ildə yağıb.