!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şaxta babaya məktub yazan 11 yaşlı Tufana - Nazirlikdən cavab

!Reklam – Yazi

Masallının Bədəlan kəndindən olan 11 yaşlı Tufanın Şaxta babaya yazdığı məktub sosial şəbəkələrdə maraqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, hər iki valideynini itirən Tufan Şaxta babadan hədiyyə istəyib.

Onun bu istəyinə Təhsil Nazirliyi cavab verib. Qurumun mətbuat xidmətinin rəhbəri Tufanın məktubu ilə bağlı sosial şəbəkədə yazıb:

“Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.

Qeyd edək ki, Tufanın məktubu aşağıdakı kimidir:

“Salam, Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm, sən onları gətirə bilmərsən. Amma az da olsa, sevindirə bilərsən. Mən heç nə istəmirəm, nə istəsən gətirərsən”.

www.yenicag.az

3121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv