Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Saxta diplom, yaş azaltma, pul yemə... - Müəllim məktəb direktorunun əməllərini ifşa edir

Qazax rayonun Ağköynək kəndində yaşayan Ş.Çobanov adına Ağköynək kənd orta ümumtəhsil məktəbinin 25 illik müəllimi Rəhimova Səlminaz Məmməd qızı dərs dediyi məktəbdə baş verən qanunsuzluqlar və məktəb direktorunun etdiyi əməllərlə bağlı şikayətlərini bildirib.

Yenicag.az-a danışan Səlminaz Rəhimova iddia edib ki, Ş.Çobanov adına Ağköynək kənd orta ümumtəhsil məktəbində həmin məktəbin direktoru Səfurə Rəhimova tərəfindən edilən dövlət əhəmiyyətli cinayətlər – bir qrup şəxsin dövlət əmlakını mənimsəməsi, vəzifə saxtakarlıqları, maliyyə cinayətləri, vəzifə səlahiyyətlərini aşma və digər əməllər törədilir.

Səlminaz Rəhimova məktəbdə baş verənlərlə bağlı bunları deyib:

“Məktəbdə həmin vaxt Azərbaycanda deyil, Rusiyada olan Mustafayeva Ləman Ruslan qızı (2016-2017-ci tədris ilində 6a sinfi) və Mustafayev Şamil Ruslan oğluna (2016-2017-ci dədris ilində 8c sinfi) sinif jurnalında çoxsaylı qayıblar yazılmasına baxmayaraq, eləcə də sinif jurnalının arxasında növbəti, yəni yuxarı sinfə keçirilməsi barədə qeyd olmadığı halda, direktor qanunsuz olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şagirdləri yuxarı siniflərə keçirdib. O, həmin siniflərdə tədris alması üçün müəllimlərə təzyiqlər edib.

Mənə təzyiqlər etsə də, mən həmin uşağı yuxarı sinfə keçirmədim. Ancaq direktor həmin şagirdləri Şuranın qərarı olmadan yuxarı siniflərə keçirdi”.

Şikayətçinin sözlərinə görə, məktəb direktorunun əməlləri bununla da bitmir. O, ali təhsil almamış şəxslərin məktəbdə müəllim kimi çalışmasına şərait yaradır:

“Səfurə Rəhimova gəlini Nəsibova Leyla Şamil qızı və oğlu Anar ilə müştərək qaydada iş quraraq indiyə kimi heç bir xarici dövlətə getməməsinə baxmayaraq, Rusiya Federasiyasının Rostov Nadanu Humanitar Universitetinin “linqvistika” ixtisası üzrə saxta diplom alıb. Daha sonra onlar Azərbaycan Beynəlxalq Universitetindən ingilis dili üzrə saxta bakalavr diplomu alıblar. Heç bir dövlət nümunəli ali təhsil sənədi olmadan və Azərbaycan Respublikası Tələbə Qəbulu Dövlət Komissiyasının elan etdiyi imtahanlarda iştirak etmədən 15.09.2006-cı ildə Səfurə Rəhimova Leyla Nəsibova barəsində Qazax rayonu, Ş.Çobanov adına tam orta məktəbdə müəllim kimi işləməsi üçün 3Q0EVAG000100 nömrəli əmr verib. Beləliklə dövlətin vəsaitini mənimsəyiblər və dövlətə külli miqdarda ziyan vurublar.

L.Ş.Nəsibova Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sonuncu diaqnostik qiymətləndirilməsi imtahanına Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş ali təhsil diplomu olmadığına görə buraxılmadı”.

Səlminaz Rəhimova bildirib ki, məktəb direktoru Səfurə Rəhimova dərs bölgüsündə də qanun pozuntuları edir:

“Direktor dərs bölgüsündə qanunsuzluqlar edir. O, fərdi və fakültətiv jurnalları başqa şəxslərin adı ilə özü yazır, bununla da pulları mənimsəyir”.

Şikayətçi qeyd edib ki, qanunsuz əməllərini üzə çıxardığı üçün məktəb direktoru digər müəllimləri onun üzərinə göndərib və təhqir etdirib:

“Səfurə Rəhimovadan bu qanunsuzluqlarına son qoymasını tələb etdikdə və Azərbaycan Dövlətinə layiqincə və vicdanla qulluq etməli olduğunu xatırlatdıqda həmin məktəbin ibtidai sinif müəlliməsi Səadət Xəlilovanı və məktəbdə xadimə işləyən Aynurə Nəsibovanı mənim üzərimə göndərdi. Həmin şəxslər də məni təhqir etdilər. Ancaq sonda guya mənim onları təhqir etməyim kimi saxta akt yazdırmağa çalışdılar. Səadət Xəlilovanın bu çirkin oyuna getməsinin səbəbi Səfurə Rəhimovanın qanunsuz yollarla ona “Ən yaxşı müəllim” müsabiqəsində qalib edəcəyini vəd etməsi olub.

Səlminaz Rəhimova bildirib ki, məktəb direktoru daha çox vəzifədə qalmaq üçün yaşını kiçildib:

“Öyrəndiyimə görə, Rəhimova Səfurə Firuddin qızı saxta yollarla öz yaşını 3(üç) il azaltdıraraq, daha çox işləməsi üçün qanunsuz zəmin yaradıb”.

Məsələ ilə bağlı Qazax rayon Prokurorluğuna şikayət etdiyini deyən Səlminaz Rəhimova bu qurumun işə səhlənkar yanaşdığını vurğulayıb:

“Prokurorluqda şikayətimə səhlənkar yanaşıldığı üçün bu məsələni ictimaiyyətin diqqətinə çatdırmaq istədim. Qoy məktəbdə baş verən qanun pozuntularını hər kəs görsün”.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Səxavət Məmməd

www.yenicag.az

3158
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM