Saxta içkidən zəhərlənərək ölənlərin sayı 45-ə çatdı – 60 nəfər həbs edildi

Türkiyədə son altı gün ərzində saxta içkidən zəhərlənərək ölənlərin sayı 45-ə çatıb.

Yenicag.az xəbər verir ki, ölkədə saxta içki istehsalçılarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir. Türkiyənin 18 vilayətində keçirilən əməliyyatlar nəticəsində saxta içkilərin hazırlanmasında şübhəli bilinən 227 nəfər saxlanılıb. Onlardan 60-ı barəsində həbs qətimkan tədbiri seçilib.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.

Keçirilən əməliyyatlar zamanı tonlarla saxta içki və bu içkilərin hazırlanmasında istifadə olunan vasitələr ələ keçirilib.