Saxta içkiləri necə tanımaq olar?

Yəqin ki, çoxumuz spirtli içkidən zəhərlənən şəxslər haqqında son xəbərlərdən məlumatlıyıq. Üç nəfər dünyasını dəyişib, bir nəfərin isə gözləri tutulub. İlkin ehtimal olaraq, onların zəhərlənməsinə səbəb saxta spirtli içki göstərilir.

Yenicag.az medicina.az-a istinadən bildirir ki, bu saxta spirtli içkidən ölüm hadisəsinin qeydə alındığı ilk hal deyil. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur.

Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olub. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.

Bir çoxları üçün alkoqollu içkilərin keyfiyyətinin necə yoxlanılması təbii ki, maraqlıdır. İçki alarkən alıcı mağazada birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsini göstərir. Əksinə xırda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir.

Spirtli içki alarkən istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidir. Alkoqollu içkilər quru, havası yaхşı dəyişdirilə bilən anbarlarda 10-20ºC temperaturda, vertikal vəziyyətdə saхlanmalıdır.

Spirtli içkilər hazırlanərkən onların tərkibinə etanol adlı kimyəvi maddə qatılır. Etanol və ya alkoqol rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınır. Alkoqol kefləndirici maddədir.

Saxta spirtli içkilər hazırlanarkən isə, onların tərkibinə daha ucuz başa gələn texniki spirt qatılır. Bu da zəhərlənməyə və ağır xəstəıliklərin yaranmasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, spirtli içkilərin təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər digər bütün xəstəliklərin 4.5%-ni təşkil edir.

Alkoqol xərçəng, qaraciyər, ürək-damar və s. kimi ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı da nəzərə çarpan xəstəliklərindəndir. Ümumdünya Səhiyyə Nazirliyinin məlumatına görə, spirtli içkilərdən istifadəsinin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var.

Belə ki, qəbul edilən spirtli içkilərin həcmi artdıqca, xərçəng riski də artmış olur. Bir sıra xərçəng xəstəliklərinin baş verməsi spirtli içkilərin istifadəsi zamanı əmələ gələn asetaldehid adlı metabolitlə bağlıdır.

Ürək aritmiyalarının bəzi növlərinin (Məsələn, qulaqcıqların səyrici aritmiyası) 30-60%-i məhz spirtli içkilərin qəbulu ilə bağlı olduğu məlumdur. Tədqiqatlar göstərir ki, hər gün spirtli içkilərin qəbulu ürək aritmiyalarının yaranmasına səbəb olur. Bu isə ürək xəstəliklərinin inkişaf riskini artırmış olur.

Alkoqolun qəbulu müxtəlif qaraciyər xəstəliklərinin inkişafı ilə bağlıdır. Bunların sırasında qaraciyərin piylənməsi, alkoqollu hepatit və sirroz ən geniş yayılanlardır.

Alkoqolun qəbulu ilə tip 2 şəkərli diabetin inkişafı arasında əlaqə daha mürəkkəbdir. Bəzi tədqiqatlar az miqdarda alkoqoldan istifadənin qadınlar arasında şəkərli diabet riskinin azalmasını göstərib. Lakin bu sahədə daha dərin tədqiqatların aparılması tələb olunur.

COP29