“Saxta peyğəmbər”in dəfnində İZDİHAM – FOTO

Beş gün əvvəl ABŞ-da vəfat edən, ictimaiyyət arasında “saxta peyğəmbər” kimi tanınan Erol Evrenseloğlu torpağa tapşırılıb.

Yenicag.az xəbər verir ki, Amerikanın Virciniya ştatında vəfat edən Evrenseloğlu bu gün Türkiyənin Bursa şəhərində dəfn edilib. Cənazə mərasiminə “Peyğəmbər”in 3 mindən çox müridi qatılıb.

Qeyd edək ki, Erol Evrenseloğlu Allah tərəfindən özünə vəhy gəlməsi və ona peyğəmbərlik verildiyi açıqlaması ilə gündəmə gəlmişdi. “Risalət Nurları” adlı kitabını da məhz vəhylə yazdığını iddia edən Evrenseloğlu ətrafına çox sayda insanı toplaya bilmişdi.

2019-cu ildən isə ona bir çox qadağalar qoyulub və tabeliyində olan internet saytaları bağlanıb.

Aqil Bəkir