!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saxta qəhrəmanlar: "Müharibədə güllə səsi eşitməyib, XTQ olduğunu deyir" - Rey Kərimoğlu

!Reklam – Yazi

“Hər bir müharibə iştirakçısının hərbi biletində onun harada xidmət etməsi açıq şəkildə yazılıb. Jurnalistlər müharibə iştirakçılarından müsahibə alanda öncə hərbi biletlərini yoxlamalıdırlar”.

Bu fikirləri son zamanlar bəzi şəxslərin televiziya efirlərində şişirdilmiş müharibə xatirələri danışmasına, özlərini xüsusi təyinatlı kimi təqdim etmələrinə münasibət bildirən Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında deyib.

rey_kerimoglu

Rey Kərimoğlu bildirib ki, “Youtube” dələduzları İP xətrinə qarşılarına çıxan hər kəsi xüsusi təyinatlı, qəhrəman edir:

“Bu vəziyyətdən çıxmaq üçün Medianın İnkişaf Agentliyi, Mətbuat Şurası, media sahəsində ixtisaslaşmış QHT-lər, Müdafiə Nazirliyi ilə birləşməli, əlaqələr yaradılmalı, müzakirələr aparmalıdır. Xüsusi təyinatlıların formasını geyinib, efirə çıxır, sonra məlum olur ki, milli orduda piyada olub. Orduda hər kəsin öz yeri var. Müharibədə aşpazdan tutmuş komandana qədər hər kəsin xidməti olub. Tibb personalının öz xidməti olub. Xüsusi Təyinatlı Qüvvələrin öz tapşırığı olub, Sərhəd Qoşunlarının öz tapşırığı olub, Daxili Qoşunların da öz tapşırığı. Hər kəs öz tapşırığını ləyaqətlə yerinə yetirib ki, qələbə əldə olunub. 052-nin sayı bəlli, komandanları bəlli, döyüş tapşırığı bəlli.

Jurnalist hansısa müharibə iştirakçısından müsahibə almaq istəyirsə, onun hərbi biletinə baxmalıdır. Hərbi biletdə hər şey yazılıb. Mən müharibə ilə bağlı danışıram, bütün xidmətlərim hərbi biletə yazılıb. Birinci müharibədən sonra danışanlar da deyir ki, kəşfiyyatçı olmuşam. Hamısı hərbi biletdə yazılıb. Jurnalistlər sənədləri yoxlamalıdır. Bu işdə bir dəstə avantürist “Youtube” kanalları var ki, İP və abunə dərdi üçün özlərindən qəhrəman, XTQ yaradırlar. Elələri var ki, müharibədə güllə səsi eşitməyib, XTQ olduğunu deyir”.

Səxavət Məmməd

www.yenicag.az

1730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv