“Əminəm ki, insanın etdikləri bir gün özlərinə qayıdacaq”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin öz verilişində deyib.
Sənətçi sevgi münasibətlərində heç vaxt qeyri-səmimi olmadığını və buna görə də rahatlıqla sevdiyindən ayrıla bildiyini etiraf edib:
“Bəzən mənə yaxınlarım deyir ki, sevəndə qarşı tərəfə çox enerji xərcləmə, alıcı tərəf ol. Mən bu fikirlə razı deyiləm. Fikirləşirəm ki, məqsədli şəkildə yaraşıqlısını, pullusunu seçmirəm, gözünün içinə baxıb onu aldatmıram, yalan demirəm.
Əgər kiminləsə nöqtə, vergülünə qədər düz oldumsa, bu ayrılıqdan nə itirəcəm? Buna görə rahatlıqla o insandan ayrılıram. Əminəm ki, insanın etdikləri bir gün özünə qayıdacaq. Başqa bir yerdə sənin həqiqətən də o insanın həyatında yaxşı biri olduğunu səndən sonra ona pis olanlar öyrədəcək.
Ona görə də, kim gedirsə, xoş gedir, kim gəlirsə, xoş gəlir. Amma təki ürəyi boş gəlməsin, əli boş demirəm”.
Nehru