!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saxta telefon naqillərinin TƏHLÜKƏSİ: Ölkəyə qaçaq yolla gətirilir – VİDEO

!Reklam – Yazi

Telefon dövrümüzdə insan üçün ən vacib əşyalardan birinə çevrilib. Bu mobil cihazlara olan təlabat qədər onların aksesuarlarına da kifayət qədər vəsait xərcləyirik. Xüsusən də elektriklə doldurulması üçün istifadə olunan USB naqillərə… Amma kifayət qədər bahalı olan telefonları çox uzuc naqlillərlə doldururuq. Apardığımız müşahidələr onu göstərdi ki, bazarda 2-3 manatdan 30-40 manata kimi istənilən model və marka üçün adapterlər var. Təlabatı da pis deyil.

Yenicag.az xəbər verir ki, telefon ustaları, eləcə də mütəxəssislər mənşəyi məlum olmayan belə naqillərdən istifadənin sonda sizi sevimli əşyanızda, ən pis halda isə səhətinizdə problemlərə yol aça biləcəyini bildirib:

“Saxta və ya orjinal olmayan naqlillərdən istifadə, sizin telefonunuzun zəmanətinə də təsir edir. Yaxşı olar ki, telefon aksesuarları, xüsusən də elektiklə təhcizat üçün USB naqilləri rəsmi dillerlərdən alınsın.”

Texno mütəxəssis Valid Əliyev mövzu ilə əlaqədar ARB-yə açıqlamasında bildirib ki, saxta cihazlar smartfona eyni amperaj, eyni voltaj vermir. Cərəyanın gərginliyi saxta cihazlarda oynayır:

“Telefonunuzda hər hansısa nasazlıq yaranarsa, daha da ciddi problem çıxarsa, siz hətta telefonunuz zəmanəti bitməyibsə belə, satış mərkəzinə aparırsız ki, smartfonum xarab oldu, satıcı sizin zəmanətdən imtina edə bilər, çünki bu cür hallarda zəmanət ləğv olunur. Siz saxta, qeyri-orijinal aksesuardan istifadə etmisiniz”.

Usta Araz Zeynallı də qeyd edib ki, saxta cihazlarda cərəyanın oynaması kristallar deyilən hissəciyi sıradan çıxarır.

“Cərəyanda olduqda istifadə edərkən telefon partlayır. Onun fəsadları sonradan 40-50 manat xərcə gətirib çıxarır. Bəzən heç düzəlmir”.

Bəs belə naqillər ölkəyə necə gətirilir sualına Dövlət Gömrük Komitəsinin cavabı belə .b Komitə lisenziyalı və sertifikatı olmayan heç bir məhsulun idxalına icazə vermir. Satışda olan ucuz və sertifikatsız məhsullar qaçaqmal yolu ilə də ölkəyə gətirilə bilər…

www.yenicag.az

2779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv