Əsas nəticələr
• Saxta tokenlərlə hücumlar kriptovalyuta dələduzluğunun geniş yayılmış növüdür. Bu dələduzluq zamanı cinayətkarlar qanuni kriptovalyutalara bənzəyəndolandırıcı tokenlər yaradırlar və onlardan pul və ya məxfi istifadəçi məlumatlarını oğurlamaq məqsədiləistifadə edirlər.
• Bu tip hücumlar, adətən, dezinformasiya yaymaq məqsədilə «Telegram», «WhatsApp» və ya «WeChat» kimi əlaqə vasitələrindən istifadə edir. Daha geniş yayılmış taktika cari «satışqabağı qiymət»lə müqayisədə «listinq qiymət»in daha yüksək gələcəyi vədi ilə qurbanları cəlb edən tokenlərin «ilkin satışı»nın həyata keçirilməsidir.
• Əksər hallarda rəqəmsal aktivlərin itkilərini bərpa etmək mümkün olmur. «Binance» istifadəçiləri davamlı olaraq özlərini qorumağı öyrənməyə, sayıqlığı əldən verməməyə və geniş yayılmış təhlükələri anlamağaçağırır.
Saxta tokenlərlə hücum kriptovalyuta dələduzluğunun bir növüdür ki, bu vaxt cinayətkarlar qanuni kriptovalyutalara bənzəyən saxta və ya dolandırıcıtokenlər yaradırlar. Bu saxta tokenlər investorları və treyderləri aldatmaq, onları həqiqi aktivləri aldıqlarına və ya həmin aktivlərlə alqı-satqı etdiklərinə inandırmağa məcbur etmək məqsədilə nəzərdə tutulmuşdur ki, bu da çox vaxt maliyyə itkisi və ya şəxsi məlumatların oğurlanması kimi digər xoşagəlməz hallarla nəticələnir.
Dələduzlar saxta tokenlərdən necə istifadə edirlər?
Həqiqi və onlara bənzəyən saxta tokenlər eyni blokçeyndə, lakin fərqli smart-müqavilə ünvanları ilə və ya fərqli blokçeynlərdə mövcud ola bilər. Saxta tokenlər müxtəlif dələduzluq sxemlərində istifadə oluna bilər.
• İlkin sikkə təklifləri (ICO) və tokenlərin satışı:Cinayətkarlar saxta ICO-lar və ya tokenlərin satışlarına başlaya, investorları innovativ layihədə erkən iştirak vədi ilə cəlb edə bilərlər. Onlar vəsaiti topladıqdan sonra yoxa çıxırlar və investorlara yararsız tokenlər saxlayırlar.
• Airdroplar və oynamalar: Saxta tokenlər bəzən airdroplar və ya oynamalar vasitəsilə yayılır, bu zamanistifadəçilərdən şəxsi məlumatlarını təqdim etmək və ya tokenləri almaq üçün kiçik ödəniş etmək tələb olunur. Bu, növbəti dələduzluğa və ya şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.
• Doldurma və satışa çıxarma sxemləri: Dələduzlarkoordinasiyalı alış vasitəsilə saxta tokenin qiymətini süni şəkildə artıra (pamp), sonra isə öz aktivlərini çox yüksək qiymətə sataraq digər investorları qiymətdən salınmışaktivlərlə baş-başa buraxa bilərlər (damp).
• Launchpool tokenləri ilə dələduzluq: Yuxarıda qeyd edilmiş sxemlər mürəkkəb və həyata keçirilməsi bahalı ola bilər, buna görə də dələduzlar daha ucuz hücumlar, məsələn, «Launchpool» tokenlərindən istifadə etməkləsaxta hücumlar təşkil edə bilərlər. Dələduzluğun bu növündə cinayətkarlar nüfuzlu birja tərəfindən aktivin təşviqi və intişarı nəticəsində yaradılan reklamdanfaydalanaraq orijinal aksiyanı həyata keçirən «Binance»kimi platformalarla əlaqəsi olmayan qeyri-rəsmi kanallar vasitəsilə bu cür tokenləri endirimlə təklif edə biləcəklərini iddia edirlər.
“Binance Launchpool”da tokenin istifadəyə veilməsinə dair cari elan
Məsələn, «Binance» tokeni istifadəyə verməzdən əvvəl «Launchpool»un rəsmi tokenlərini təbliğ edir və cinayətkarlar çox vaxt bundan qazanc əldə etməyə çalışırlar. Saxta token bu qədər geniş reklam edilmişaktivi təqlid etmək məqsədilə nəzərdə tutulduqdadələduzların reklam xərcləri əhəmiyyətli dərəcədə azala bilər və onların etməli olduqları yeganə şey potensial qurbanları təşviq etdikləri tokenin «Binance Launchpool» vasitəsilə təşviq edilən tokenlə eyni olduğuna inandırmaqdır.
Gerçək hallar
BOOM
2024-cü ilin iyul ayında «Binance»ın risklərin təhlili komandası «DEX»də qeydiyyata alınmış BOOM aktivini saxta token kimi müəyyən etdi. Aktiv dərhal bir neçə həyəcan siqnalı verdi ki, bu da onu belə tokenlərəmükəmməl nümunə edir.
• Likvidlik: «PancakeSwap»da BOOM sikkəsi 3,38 min dollar məbləğində endirim likvidliyinə sahib olub və bütün likvidlik müqavilənin təşkilatçısı tərəfindən təmin edilib. Bu tokenin bazar dəyəri çox aşağıdır.
«CoinMarketCap»də ümumi likvidliyi və
sahiblərin sayını göstərən BOOM–un səhifəsi
• Şübhəli köçürmələr: Tokenin likvidliyi cəmi bir neçə min dollar təşkil etsə də, bu tokeni alan 11,18 milyondan çox ünvan var. Bu, normal deyil: legitim tokenlərin likvidliyi sahiblərinin sayına mütənasib olmalıdır.
«Dextools»da satış vergisini göstərən BOOM–unsəhifəsi
• Satış Vergisi: Tokenin satış vergisi layihə tərtibatçıları tərəfindən müəyyən edilmiş, hər bir tokenin satışından tutulan haqdır. BOOM-la bağlı satış vergisi 100% səviyyəsində müəyyən edilib, yəni kimsə bu tokeni satmağa cəhd göstərdikdə bütün satış məbləği vergi kimi çıxılacaq və satıcı heç bir vəsait əldə etməyəcək.
Belə olan halda dələduzlar satış vergisini 100% məbləğində müəyyən edərək saxta tokeni 11 milyondan çox ünvana göndəriblər. Əgər bu aktivin ticarəti başlasaydı, tokenin tərəfdarı olan insanlar yaradılmış smart-müqavilə vasitəsilə hər satışın 100%-ni əldə edəcəkdilər. Bu hadisə istifadəçilərin arzuolunmaz paylanmalar vasitəsilə aldıqları tokenləri diqqətlə nəzərdən keçirməli olduqlarını xatırladır.
Saxta OMNI
2024-cü ildə «Binance» özünün «Launchpool» proqramı vasitəsilə bir neçə yeni token təqdim etdi. Dünyadakı bütün dələduzlar istifadəçiləri aldatmaq məqsədilə saxta tokenlər yaratmaq imkanlarından yararlanmağaçalışdılar. Məsələn, «Telegram» və ya «WeChat» qrupları kimi qeyri-rəsmi kanallar vasitəsilə «ilkin satınalma»proqramlarının quraşdırılması məşhur sxemdir. Unutmayın ki, istifadəyə verilməzdən əvvəl çoxdan gözlənilən tokenlər üçün həddindən çox cəlbedici qiymətlərin olması həyəcan siqnalı kimi qəbul edilməlidir.
«CoinMarketCap»də «REAL OMNI»nin səhifəsi
OMNI kripto icmasının səbirsizliklə gözlədiyi «Launchpool» tokenlərindən biri olub. Cinayətkarlar bir neçə saxta tokeni, habelə aşağıdakı skrinşotda göstərilənvə Türkiyədə yaradılan tokeni istifadəyə verməyətələsiblər.
BscScan «OMNI»nin saxta səhifəsi
Gördüyünüz kimi, bu saxta «OMNI» şəbəkə daxilindəqiymət və bazar kapitalizasiyası göstəriciləri üzrə sıfırlara malikdir və yalnız bir neçə sahibə və ümumi köçürmə həcminə malikdir.
Müəyyən etmə və qarşısının alınması üzrə məsləhətlər
• Müqavilənin ünvanını yoxlayın: Hər bir rəqəmsal tokenlə müqavilənin ünvanı əlaqəlidir. Müqavilə ünvanını həmişə layihənin rəsmi veb-saytı, sosial şəbəkələrdə yoxlanılmış akkauntlar və ya kriptovalyuta listinqinin nüfuzlu platformaları («CoinMarketCap» və ya «CoinGecko») kimi rəsmi mənbələrdən əldə edin. Uyğunluğu təmin etmək məqsədilə müqavilənin ünvanını bir neçə rəsmi mənbədə yenidən yoxlayın.
• Risk qiymətləndirmə vasitələrindən istifadə edin:Müqavilə kodunun təhlili, svopların təhlili və likvidliyintəhlili tokenlərin riskini aşkar etmək baxımından ən əsasüsullardır, lakin onlar müəyyən səviyyədə kodlaşdırma və blokçeyn üçün spesifik bacarıqlar tələb etdiyi üçün texniki maneələr yarada bilər. Rəqəmsal aktivlərin texniki aspektləri ilə daha az tanış olan istifadəçilər risk ehtimalını qiymətləndirmək üçün nəzərdə tutulmuş istehlakçı alətlərinə etibar edə bilərlər. Məsələn, «Token Sniffer», riskləri müəyyən etməyə kömək edə bilən,istifadəsi asan və rahat vasitədir.
«Token Sniffer»in skrinşotu
• Risklə bağlı xəbərlərdən xəbərdar olun:Kriptovalyuta məkanında dələduzluqlarla bağlı riskləri azaltmağın ən yaxşı üsulu sənayedəki ən son hadisələrdən xəbərdar olmaqdır. Risklərə həsr edilmiş xüsusi bloqların və təhlükəsizlik xəbərlərinin izlənilməsihəyəcan siqnallarını daha yaxşı aşkar etməyə və dələduzlardan qaçmağa kömək edəcək.
Yekun fikirlər
Saxta tokenlər kriptovalyuta məkanında böyük təhlükə yaradır, məsələ yeni tokenlər olduqda investorların şövqündən və onların yeni imkanları araşdırmaq hazırlığından istifadə edir. Xəbərdar olmaq, hərtərəfli araşdırma aparmaq və diqqətli olmaqla özünüzü dələduzluğun qurbanına çevrilməkdən qoruya bilərsiniz. Həmişə köhnə bir məsəli xatırlayın: Avazın xoş gəlir, oxuduğun Quran olsa!