Saxta xəbərlər yazan neyroşəbəkə yaradıldı

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər yazan neyron şəbəkə yaratdı.

Yenicag.az ICTnews-a istinadən xəbər verir ki, süni intellekt Ayda faydalı qazıntıların hasilatı üçün ABŞ-da şirkətin yaradılması ilə bağlı xəbərin yayılması üçün nəşrlərin materiallarından istifadə edib. Layihə müəllifləri qeyd edir ki, internetdə müxtəlif informasiya bolluğu saxta xəbərlərin yaradılmasına kömək edir.

Bununla yanaşı, alimlər saxta xəbərləri həqiqi xəbərlərdən ayırmaq üçün üsulların mövcud olduğunu bildirirlər. Yalan məlumatların müəllifləri mövcud olmayan təşkilatların mövcud olmayan ekspertlərinə istinad etməklə yanaşı, mövcud olmayan termin və adlardan istifadə edirlər. Mütəxəssislərin sözlərinə görə, neyroşəbəkə ilə generasiya edilmiş mətni stilistik və qrammatik səhvlər, eləcə də mətnin quruluşundakı məna və məntiqi qüsurlara görə müəyyənləşdirmək mümkündür.

Mütəxəssislərin fikrincə, gələcəkdə süni intellekt vasitəsilə yaradılmış saxta xəbərlər belə yalan məqalələrin ucuz və asan yaradılması səbəbindən dezinformasiya və təbliğat üçün aktiv istifadə ediləcək.

Qeyd edək ki, alimlərin yaratdığı neyroşəbəkənin mətnləri dərc edilməyib və yalnız süni intellektin tədqiqi və işinin qiymətləndirilməsi üçün istifadə olunub.

COP29