Şaxtada bədbəxt hadisə: mədənçilər metan qazından zəhərləndi – Ölənlər var

Qazaxıstanda şaxtada metan qazı sızıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, Karaqandinsk vilayətində yerləşən və “ArcelorMittal Temirtau” şirkətinə məxsus şaxtada hadisə zamanı 136 nəfər olub. Baş verən sızma nəticəsində 3 mədənçi ölüb.

Yerli səhiyyə idarəsinin mətbuat katibi Aycan İsa bildirib ki, 1970, 1964 və 1991-ci il təvəllüdlü 3 nəfər xəstəxanaya aparılıb:

“Onların vəziyyəti stabil olaraq qiymətləndirilir. Metan qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda onların müalicəsi davam edir”.

Daha bir zərərçəkmiş lazımi tibbi yardım göstərildikdən sonra, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

COP29