Saxtakarlıq etmiş deputat tutuldu

img1763712Ukrayna Ali Radasının sabiq deputatı, VII çağırışda kommunistlər fraksiyasının təmsil etmiş Sergey Qordiyenko həbs edilib. Yenicag.az musavat-a istinadən bildirir ki, məlumat Ukrayna Baş Prokurorluğunun saytında yerləşdirilib.

Kiyev məhkəməsi sabiq deputat barəsində həbs-qətimkan tədbiri seçib. Sergey Qordiyenko vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadədə təqsirləndirilir.

Adıçəkilən Ukrayna Ali Radasında hesablama komissiyasının üzvü olub. O, digər komissiya üzvləri ilə birlikdə protokolları saxtalaşdırıb, səsverməyə çıxarılmayan qanun layihələrinin səsə qoyulmaqla qəbul edilməsi görüntüsü yaradıb.