Sayed Aqa Azərbaycana gəlir

Bu axşam İslam İnkişaf Bankının (IDB) vitse-prezidenti Sayed Aqa Azərbaycana gəlir.

“Report”un Maliyyə Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, 2 günlük səfər yanvarın 19-u başa çatacaq.

S.Aqanın Prezident İlham Əliyevin qəbulunda olacağı, maliyyə və iqtisadiyyat nazirləri, Azərbaycan Mərkəzi Bankının sədri, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri ilə görüşəcəyi gözlənilir.

Məlumata görə, səfərin əsas məqsədi Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələr barəsində müzakirələr aparmaqdır.

Yenicag.az