!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şayiələrin hansı nəticələrə gətirib çıxardığını öz təcrübəmizdən bilirik” – Hərbi ekspert

!Reklam – Yazi

“Ermənistandan fərqli olaraq, Azərbaycan cəmiyyətindən hansısa xəbəri gizlətmək qeyri-mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Ermənistanla cəbhə xəttindəki vəziyyətlə əlaqədar yayılan müəyyən şayiələrə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, bəzi insanlar yanlış olaraq, belə düşünürlər ki, cəbhə zonasında sakitlikdirsə, deməli, cəmiyyətdən nəsə gizlədilir:

“Son vaxtlar Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətindəki mövqeləri ermənilər tərəfindən intensiv atəşə tutulur. Cəbhənin digər istiqamətlərində isə nisbi sakitlikdir. Bu sakitlik cəmiyyətin müəyyən kəsimində anlaşılmaz xof yaradır.

Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycan cəmiyyətindən hansısa xəbəri gizlətmək qeyri-mümkündür. Onsuz da cəbhə bölgəsində bir hadisə baş verəndə, onunla bağlı məlumat sosial şəbəkələrdə ildırım sürətilə yayılır. Sadəcə, insanlar oradakı nisbi sakitlikdən şübhələnirlər”.

Hərbi ekspertin fikrincə, dövlətin əsas diqqətinin koronavirusla mübarizəyə yönəldiyi bir vaxtda informasiya təminatı sahəsində boşuqların yaranmasına imkan vermək olmaz:

“Dövlətin başı koronavirusla mübarizəyə qarışıb. Bu səbəbdən də belə məsələlərə diqqət sanki bir qədər azalıb. Bu gün müvafiq orqanların üzərinə ikiqat məsuliyyət düşür ki, şayiələrin yayılmaması üçün cəmiyyəti müntəzəm məlumatlandırsınlar.

Dünya dövlətləri koronavirusa görə səfərbər olublar. ABŞ prezidenti açıqlama verib ki, koronavirusla mübarizəyə 8 milyard dollar ayrılıb, bir qayğınız varsa, evdən bayıra çıxmayın, sizin həyatınız bizim üçün önəmlidir. Bütün dövlətlərdə təqribən eyni vəziyyət hökm sürür.

Ancaq cəbhə zonasındakı vəziyyətlə bağlı şayiələrin yayılması bizim bəzi mənfi cəhətlərimizin olduğunu göstərir. Şayiələrin yayılmasının hansı nəticələrə gətirib çıxaracağını öz təcrübəmizdən bilirik. Odur ki, bu məsələdə çox diqqətli olmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv