!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saytlarda baxış, “Youtube” kanallarında isə izləyici sayına necə “müdaxilə” edilir? – Mütəxəssisdən CAVAB

!Reklam – Yazi

“İzləyici və baxış saylarında baş verən azalmalar platformalarda təhlükəsizlik yeniləmələrindən sonra baş verir”.

Bu sözləri son zamanlar saytlarda ziyarətçi, “Youtube” və digər platformalarda isə izləyici sayının kəskin azalmasına dair şikayətləri dəyərləndirən informasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

İT mütəxəssisi bildirib ki, izləyici sayının doğru görünməməsi və ya izləyici kəmiyyətinin süni yolla artırılması kimi hallar platformada olan boşluqlardan qaynaqlanır:

“Saytlarda və sosial platformalarda ziyarətçilərin və ya baxış sayının azalmasının bir çox səbəbləri ola bilər. Düşünürəm ki, bu şikayətlərin səbəbi heç də düşünüldüyü kimi, kənar müdaxilə deyil.

Kiberhücumlar və ya kənar müdaxilə səbəbindən bu kimi hallar baş verdikdə, şirkətlər tərəfindən rəsmi açıqlama yayılır və məsələ qısa müddət ərzində öz həllini tapır.

Saytlar və platformalarda bu kimi halların kütləvi hal alması fərqli səbəblərlə əlaqəlidir. Saytlarda ziyarətçilərin və ya baxış sayının az olması, əsasən, SEO-dan (Search Engine Optimization) qaynaqlanır. SEO axtarış motoru (məsələn, :Google, Yahoo, Bing) tənzimlənməsi – misal üçün, vebsaytlar daxilində olan kontentlərin axtarış motorlarında daha ön plana çıxmasının açar sözlər vasitəsi ilə təmin edilməsidir.

Təbii olaraq, vebsaytın axtarış motorlarında ön plana çıxması, ziyarətçilərin, xüsusi açar sözlərlə axtarış edən istifadəçilərin ilkin olaraq vebsayta girişini təmin edir. Platformalarda isə bu kimi hallar, əsasən, şirkət tərəfindən edilən yeniləmələrdən və bəzi hallarda da platformada olan bug (səhv,boşluq) səbəbindən baş verir.

İzləyici sayının doğru görünməməsi və ya öz-özünə “artması”, yaxud da azalması, eyni zamanda, süni yolla izləyici artırılması kimi hallar platformada olan boşluqların nəticəsidir. Kiberhücumlar da eyni boşluqlardan istifadə edilərək baş verə bilir. Lakin bu kimi hallar çox nadir hallarda yaranır və bilindiyi andan çox qısa müddət ərzində şirkət tərəfindən aradan qaldırılır”.

Platformalarda olan yeniləmələrə də toxunan Sayad İbrahimov qeyd edib ki, həmin müstəvilərdə edilən paylaşımların zamanlama və sıxlıq səbəbi də baxış sayına təsir edir:

“ Bildiyiniz kimi, istifadə etdiyimiz platformalar və tətbiqlər tez tez yenilənir. Bu yeniləmələrdə funksiya, interfeys, təhlükəsizlik, istifadə şərtləri və qaydaları və sair yer alır. İzləyici və baxış saylarında baş verən azalmalar isə platformalarda təhlükəsizlik yeniləmələrindən sonra baş verir.

Belə ki, yenilənən və ya yeni əlavə edilən alqoritmlər, “machine learning” (maşın öyrənmə) metodu, AI (Süni intellekt) vasitəsilə saxta hesablar və süni formada artırılan izləyicilər, baxış sayları aradan qaldırılır. Yəni saxta profillər bağlanır və süni artımlar artıq silinmiş olur.

Digər səbəb kimi platformalarda edilən paylaşımların zamanlama və sıxlıq səbəbini göstərmək olar. Əgər bir müddət paylaşım edilməsə və ya paylaşım zamanlaması doğru seçilməsə, bu, izləyicilərin bir qisminin paylaşımı görməməsinə səbəb ola bilir. O məsələ platformalarda olan xüsusi alqoritmlərdən qaynaqlanır”.

Gülşən Şərif

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv