!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sazişinin imzalanacağına qarantiya yoxdur”-Xameneyi

!Reklam – Yazi

1415544183_homeneiiİranın ali rəhbəri ayətullah Əli Xameneyi deyib ki, onun ölkəsi ilə dünyanın aparıcı gücləri arasında yekun nüvə sazişinin imzalanacağına qarantiya yoxdur.

Ondan bir qədər əvvəl prezident Həsən Ruhani demişdi ki, “İran elə ilk gündə sanksiyalar qaldılımasa, yekun sazişini imzalamayacaq”.

Ötən həftə İran və P5+1 kimi tanınan ABŞ, Rusiya, Britaniya, Çin, Fransa və Almaniya arasında Tehranın nüvə proqramına dair ilkin saziş çərçivəsi barədə razılaşma əldə olunub.

O vaxtdan bəri İran və ABŞ rəsmiləri öz ölkələrindəki sərt xətti-hərəkət tərəfdarlarını razılaşmanı dəstəkləməyə sövq etməyə çalışırlar.

Çərçivə razılaşmasına görə, İran özünün nüvə sentrifuqlarının sayını üçdə iki hissə ixtisar etməli, bunun müqabilində onun üzərindəki Qərb sanksiyaları qaldırılmalıdır.

Xameneyi öz internet saytında yazır: “Ola bilsin ki, etibarsız tərəf bizi razılaşmanın təfərrüatlarında məhdudlaşdırmaq istəyir. Mən Amerika ilə danışıqlardan heç vaxt nikbin olmamışam. Nikbin olmasam da məhz bu danışqılara razılığımı vermişəm və danışıqçıları dəstəkləmişəm”.

O da prezident Ruhani kimi sanksiyaların elə ilk gündən qaldırılması barədə tələbi təkrar edib.

Qərb tərəfi İrana qarşı sanksiyaların tədricən qaldırılacağını bildirib.

Ağ Evin sözçüsü Coş Ernest deyib ki, “İrana qarşı bütün sanksiyaların ilk gündən qaldırılması bizim üçün heç vaxt şərt olmayıb”.

Çərçivə razılaşmasının imzalanması İran ictimaiyyəti tərəfindən təntənə ilə qarşılansa da mühafizəkarlar Tehranın həddən artıq güzəştə getdiyində israr edirdilər.

Amerikanın özündə isə Senat bu razılaşma ilə bağlı irad və şübhələrini bildirir.

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv