Hazırlıqlarını davam etdirən “Səbail” heyətini ispaniyalı futbolçu ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, “dənizçilər” son olaraq Bolqarıstan təmsilçisi “Etır”da çıxış etmiş Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb.
31 yaşlı dayaq yarımmüdafiəçisi paytaxt təmsilçisində 8 nömrəli formada çıxış edəcək.