“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, kapitan Eltun Yaqublu bakılılarla vidalaşıb.
Müqavilə müddəti başa çatan 29 yaşlı müdafiəçi ilə yeni sözləşməyə ehtiyac duyulmayıb. “Səbail” ayrılığı bir cümlə ilə açıqlayıb: “Dörd gözəl və emosional mövsüm üçün təşəkkür edirik”.
Qeyd edək ki, baş məşqçi Aftandil Hacıyevlə yeni müqavilə bağlayan “Səbail” Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Maykl Essyen və Şəhriyar Rəhimovu yola salıb.