!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Səbail” “Kəpəz”i məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edib.

“ASCO Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. Gəncə klubunun heyətində 11-ci dəqiqədə Əfran İsmayılov fərqlənib.

Meydan sahiblərinin qollarını isə 51-ci dəqiqədə Qoba Zakpa, 55-ci dəqiqədə Franko Mazurek, 74-cü və 90+4-cü dəqiqədə Ağabala Ramazanov vurub.

Qonaqların heyətində Rauf Əliyev 70-ci dəqiqədə, Tural Axundov 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

İlk qələbəsini qazanan “Səbail” xallarının sayını 4-ə çatdırıb. “Dənizçilər” “Turan Tovuz” və “Zirə” ilə birlikdə 5-7-ci yerləri bölüşdürür. 4 görüşün hamısında məğlub olan “Kəpəz” – sonuncu 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyununda son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Turun ilk 2 oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlməyi bacarıb – 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv