“Səbail” klubu növbəti transferini açıqladı

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, “dənizçilər” yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdirib.

24 yaşlı israilli futbolçu ilə 1 illik müqavilə imzalanıb.