“Səbail” komandası daha bir futbolçusu ilə vidalaşdı

“Səbail” komandası daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, hücumçu Mirabdulla Abbasovla yollar ayrılıb.

28 yaşlı forvardın mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Mirabdulla Abbasov “Neftçi”nin yetirməsidir.