Səbail rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən 38 yaşlı Quliyeva Lamiyə Əfrail qızı naməlum avtomobil vurub. Piyada xəstəxanaya çatdırlıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.