“Səbail” – “Sabah” oyunu qolsuz yekunlaşdı

Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, bağlanış matçında “Səbail” “ASCO Arena”da “Sabah”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Hazırda “dənizçilər” 16 xalla sonuncu, “bayquşlar” isə 31 xalla 5-ci sırada qərarlaşıb.

“Kəpəz” və “Şamaxı” komandaları arasında keçirilmiş günün ilk oyununda da qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Zirə” səfərdə “Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” isə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib.