“Səbail” “Şamaxı”ya qalib gəlib

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Səbail” komandası “ASCO Arena”da “Şamaxı”nı qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun açılış matçında “Kəpəz” Tovuzda “Neftçi”yə 4:3 hesabı ilə qalib gəlib.

COP29