“Səbail” və “Kəpəz” 6 cavabsız qolla mərhələ adladı

Azərbaycan kubokunda II təsnifat mərhələsi davam edir.

Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.

Günə MOİK – “Şimal” matçı ilə start verilib. Hərbçilər 3:1 hesabı ilə üstün olublar. Digər üç qarşılaşmada isə Premyer Liqa təmsilçiləri II Liqa klublarını sınağa çəkib. “Araz-Naxçıvan” “Şahdağ Qusar”ın qapısından 4, “Kəpəz” “Ağdaş”ın 6, “Səbail” isə “Dinamo”nun 6 cavabsız top keçirib.

Qeyd edək ki, mərhələyə oktyabrın 31-də yekun vurulacaq.

Azərbaycan kuboku
II təsnifat mərhələsi
29 oktyabr (çərşənbə axşamı)
14:00. MOİK – “Şimal” – 3:1
Qollar: Cavid Tağıyev, 17, Balamirzə Soltanov, 55. Cavidan Abbaszadə, 90+1 – Məhəmməd Ağayev, 90+3