Alimlər kişilərin beyninin hər axşam saat 8-də kiçildiyini və gecələr normal vəziyyətə gəldiyini açıqlayıb. Tədqiqatçılar bu böyümə və büzülmə dövrünün hormonların gündəlik dəyişmə dövrü ilə üst-üstə düşdüyünü bildiriblər.
Yenicag.az xəbər verir ki, gün ərzində hormon səviyyələrindəki eniş və çıxışlara görə kişilərin beyinlərinin kiçilməsi və həcminin azaldığı aşkarlanıb.
26 yaşlı bir kişinin beynini 30 gün ərzində 40 dəfə skan edən araşdırma qrupu kişilərin beyninin axşam saat 8-də kiçilməsini və gecələr normal vəziyyətə gəldiyini aşkar edib.
Santa Barbara Kaliforniya Universitetinin tədqiqatçıları izah ediblər ki, bu böyümə və büzülmə dövrü testosteron, kortizol və estradiol kimi steroid hormonların səviyyəsinin yüksəlməsi və azalması ilə üst-üstə düşür.
“The Journal of Neuroscience” jurnalında dərc edilən araşdırma göstərib ki, beynin ümumi həcmi gündən-günə azalır və beynin ən xarici təbəqəsi olan korteksin qalınlığı da kiçilir.
Alimlər müəyyən ediblər ki, zehni funksiyalar, yaddaş, emosiyalar və hərəkətlərdə mühüm rol oynayan boz maddənin həcmi hər gecə orta hesabla 0,6 faiz azalır. Beyincik beyin sapı və hipokampusun hissələri kimi beynin daha dərin strukturları da gün ərzində dəyişikliklərə məruz qalıb. Beynin bu hissələri hərəkətləri koordinasiya etmək, beyin və bədən arasında məlumat ötürmək və xatirələri saxlamaq kimi funksiyaları yerinə yetirir.
Digər tərəfdən, araşdırmanın yalnız bir nəfər üzərində aparıldığı, ona görə də daha geniş əhali kütləsinə tətbiq edilə bilməyəcəyi də bildirilib.
İsmayıl Bakuvi