Şəbnəm jurnalistləri hədələdi: “Ailəm haqda nə isə yazsanız….”

Müğənni Şəbnəm Tovuzlu jurnalistlərlə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, ifaçı “Instagram” hekayəsində təhdid dolu sözlər yazıb:

“Bütün xəbər saytlarından xahiş edirəm ki, mənim ailəm haqda yazmayasınız. Nə isə yazsanız, şikayət edib səhifənizi bağlatdıracağam. Bu vaxta qədər etməmişəm, amma edəcəyəm. tanınmış olan mənəm, ailəm yox”.