“Sizcə, qısa, ya uzun sarışın saçlar?”
Yeni mövzsümdə qısa saçları ilə vidalaşmaq fikrinə düşən müğənni Şəbnəm Tovuzlu izləyicilərindən məsləhət almağa qərar verib.
Yenicag.az xəbər verir ki, sənətçi qısa saçlarda çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb və izləyicilərinə sual ünvanlayıb.
“Qısa çaçlarla vidalaşmaq zamanıdır məncə. Sizcə, yeni mövsümə uzun, buruq, sarışın saçlı xanım kimi gələkmi?” – deyə müğənni yazıb.
Onun sualı müzakirələrə səbəb olub və qarşıdurma yarıdıb.
Bir qrup izləyici qısa saçın ona yaraşmadığını yazıb:
“Qısa saç sizə heç yaraşmır, yaşlı görünürsünüz. Bu qız burada “Əhməd haradadır” filmindəki Nərgiz xalaya oxşadı. Sən Şəbnəmə oxşamırsan. Uzun saç sizə çox yaraşır”.
Bir qrup izləyici isə uzun saçların onu daha gənc göstərdiyini vurğulayıb:
“Uzun, sarı saclar sizə çox yarışır. Qara, buruq saçlar da sizə yarışırr. Yox, sarı saç rəngi sizə heç yaraşmır… Uzun saçlarda daha gənc görünürsüz”.
Fotoları təqdim edirik:
Nehru